OMON-ÇULARA VƏ MÜHARİBƏ VETERANLARINA AZADLIQ!!!

13233163_270681126611665_7856008197383538879_n.jpgAvropa Azərbaycanlilari Milli Birlik Şurasi və beynəlxalq Haqq & Ədalet təşkilatlarinin
20 ildir haksiz yerə həbsdə saxlanilan keçmiş OMON-çular və 1-ci qarabag müharibəsinin digər istirakçilari barədə

BƏYANATI

OMON-ÇULARA VƏ MÜHARİBƏ VETERANLARINA AZADLIQ!!!
Elçin Əmiraslanov başda olmaqla hələdə həbsdə haksiz yerə çürüməkd davam edən birinci qarabag Müharibəsi istirakçilarinin yaxinlari mərkəzi qərargahlari Avropada yerləşən AAMBŞ və beynəlxalq Haqq & Ədalət Təşkilatlarina mürəciyət göndəriblər.
Siyasi Məhbuslarin yaxinlari onlarin böyük sagliq problemlərinin oldugunu və bu problemlerin hər an ölümlə nəticələnə biləcəyini bildirdilər.
Biz açik şəkildə bəyan etmək istəyirik ki, agir devləti cinayətlərlə ittiham olunaraq, ömürlük həbsə məhkum edilmiş və vaxti ilə vacib devlət orqanlarinda işləmis Sürət Hüseyinov, Rəhim Qaziyev və Əliikram Hümbətov erkən azadliga buraxilsalarda, heç bir yüksək devlət vəzifəsi daşimamiş bəzi OMON.cular və qarabag Müharibəsi iştirakçilari hələdə haksiz yerə cəza çıkməkdə davam edirlər.
Zabit Ramil Səfərov düşmən ordunun zabitini döyüşdənkənar vəziyyətdə öldürüb və erməni silahlı olmayıb. O 8 il həbs cəzasından sonra azadlığa çıxıb.
Vətən uğrunda döyüşlərdə silahlı düşmənlərlə vuruşan, dostlarını itirən, çoxsaylı yaralar, kontuziya olanlar isə 20 ildir ki, həbsxanada oturur.
Aşagidaki XTPD döyüşçüləri hələdə cəza çəkmə Müəssisələrindədirlər:

Elçin Əmiraslanov – 1996-cı ildən həbsdədir, ömürlük həbs olunub
Arif Kazımov – 1996-cı ildən həbsdədir, ömürlük həbs
Dəyanət Kərimov – 1994-cü ildən həbsdədir, ömürlük həbs olunub
Səfa Poladov – 1996-cı ildən həbs olunub, ömürlük həbs
Əliyusif Tahirov – 2000-ci ildən həbsdədir, ömürlük həbs olunub
Həsən Mustafayev -2000-ci ildən həbsdədir, ömürlük həbs
Sahib Məmmədəliyev – 1993-cü ildən həbsdədir, ömürlük həbs
Şəmsi Abdullayev – 2000-ci ildən həbsdədir ,14 il müddətinə mühakimə olunub(İTK № 11)

Təkcə XTPD-çilər məhkum olunmayıb. Könüllülərin dəstələrində vuruşan müharibə veteranları, yəni, müntəzəm ordu dəstələri formalaşmazdan əvvəl özlərinə atəş açmağa hazır olmaqla düşmənin qarşısını alanlar da mühakimə olunublar. Bizim gənclik yəqin bilmir ki, uzun müddət Sovet Azərbaycanının rəhbərliyi vətəndaşların müdafiəsindən imtina etmişdi və kişilər öz evlərini, öz torpaqlarını qorumaq üçün sovet ordusunun silahları olan anbarları ələ keçirirdilər.
1994-1996-cı illərdə demək olar ki, döyüşmüş zabitlərin hamısı saxlanmalara, həbsə, istintaqa məruz qaldı. Onu demək kifayətdir ki,
1992-1993-cü illərdə Azərbaycan ordusunda yalnız üç zabit – Frunze adına SSRİ Artilleriya Akademiyasını bitirən milliyyətcə azərbaycanlı zabitlər xidmət edib. Onların ikisi həbs olunub. Aşağıdakı təcrübəli Döyüşçülər indiyədək həbsdədir:

Vaqif Hüseynov – 1994-cü ildən həbsdədir, ömürlük həbs cəzası (Qobustan)
Maqsud Hüseynov – 1994-cü ildə həbs olunub, ömürlük həbs (Qobustan)
Rəşid İsmayılov- 1998-ci ildə həbs olunub., ömürlük həbs (Qobustan)
Məqsəd Mustafayev 1994-cü ildən həbsdədir, ömürlük həbs (Qobustan)
İntiqam Qaibov, 1993-cü ildən həbsdədir, ömürlük (Qobustan)
Yaşar Şahmuradov -1993-cü ildən həbsdədir, ömürlük (Qobustan)

AAMBŞ və Haqq : Ədalət təşkilatlari bəyan edir ki, son günlər Əliyev rejiminin qarabagla əlaqədar aktivliyi torpaqlarimizi nəhayət 23 ildən sonra azad edməyə yönəlməyib, əksinə həm özünün iç siyasi hesablarina hesablanib həmdə Rusiya üzərindən gələn təlimata əsaslanir. Belə olmasaydi yuxarida adlarini çəkdiyimiz qehrəmanlarimiz hələdə içəridə çürüdülməzdilər.
Azərbaycanda hökm sürən mafioz rejim güclü, qalib ordunun yaradılmasında maraqlı deyil, xalqın mənəviyyatını, tarixini, təhsilini məhv edən rejimə korrupsiyaya uğramış, bacarıqsız ordu lazımdır.
Son olaraq Avropa Azərbaycanlilari Milli Birlik Şurasi olaraq Əliyev rejimindən qətiyyətlə aşagidakilari tələb edirik;
1. Yuxarida adlarini çəkdiyimiz OMON.çulari və digər Qarabag Veteranlarini dərhal hazad et.
2. Qarabagi həqiqətən də düşmandan azad etmək istəyirsinizssə, dərhal hər zaman döyüşə hazir olan OMON çular başda olmaqla Ölkəmizdə hərbi sefərbərlik elan et.
Hörmətlə, Avropa Azərbaycanlilari Milli Birlik Şurasinin Kordinasiya Mərkəzi:
1. Qabil Rzayev 2. Professor Elşad Abdullayev 3. Dç Riyad Əliyev 4. Ilgar Rzayev 5. Fuad Agayev 6. Rizvan Kərimov 7. Azər Qədirov 8. Nahit Yavuz
İsvecrə, 13 May 2016

Qlobqllasma

1928984_123886801341961_1127178056106149598_n.jpgDünən bir arkadaşım xalgımızın Avropada yaşayan nümayəndələrindən gileylənirdi. Dedim ki, bunlar yəni Avropada yaşayanlar xalqımızın normal ferdleri deyiller. Normal insanin burada ne isi var? Normal insanlar Veteninden bele asanliqla qopa bilmezler, onlar her zülme dözüb, her eziyyete qatlasib ailesinden, evinden esiyinden ayrilmaz. Avropaya yigilanlar qeyri normal insanlardirlar. Bunlar ya hedden artiq aqqililardir ki, aqilsizlar terefinden idare olunmaga etiraz edib celay veten olmuslar, ya da narkaman, exlaqsiz, cindirlardirlar ki, orda yeni Vetende bir seye derman deyiller. Bunlarin hamisi dünya liderleri ile razilasdirilmis bir prosesdir. Globallasmanin esas terkib hissesidir. Düsünün ki, Azerbaycandan 100 minlerle insan didergin salinir. Evezinde Asiya ölkelerinden ilticacilar alinir.Bu Asiya ölkelerinden 100 minlerle gelen yeni siginmacilarin esas qayesi baslarini soxmaga bir daxma, qarinlarini doyurmaga bir tike cörekdir. Onlarin neyine lazimdir ki, kim özüne 67 milyona teyyare alir, kim xalqin servetini talayib ofsor hesablara yigir. Bundan iyisi Samda qayisi. Oda qaldi ki, normal xalqa, onlari idare etmek cox asandir. Cünki normal xalq medya ile idare olunur ve mutlu sonluqla biten masallara inanir. Amma nedense, o mutlu son gelmek bilmir. Ara sira deyirler ki, bir gün bu xalqin sebr kasasi dasacac, mutlu sonu getirmek ücün ayaga qalxacaqdir. Bunu qloballasmanin fikir babalari da düsünmüyler, ona göre agilsizlar terefinden idare olunmaq istemeyen agililari celayi veten eleyirler. Hadiselerden uzaqda tuturlar, neytrallasdirirlar, baslarini yasam mücadilesi, yeni heyata adaptasiya problemleri ile qatirlar. …Globallasmanin esas qayesi idaresi onlarin iradesi disinda olan saf, monolit toplumlari parcalayib idare olunur multikultirel toplumlar halina getirmekdir. Bu ölkelerin sirasinda Türkiye, birinci yerde durur. Ona göre de bir nede milyard Euro vermekle qacqin axinini Türkiyeye yöneldir. Avropa ölkeleri bu arada beyin köcünü de unutmur. Öz ölkelerinde elm ve texnikani inkisaf etdirmek ücün zekali insanlara üstünlük verirler. Türkiye yigilmis qacqinlarin icinden isine yarayanlari secib alirlar. Ilk baxisdan ele görünür ki, gelen insanlar qürbet ölkede dernekler, cemiyyetler qurub öz milli adet ve enenelerini burada da yasadacaqlar. Ancaq bunun qizmar günes altindaki buz effekti verdiyini göre bilmirler. Bu gölmeceye düsen yagmur damlasinin emele getirdiyi dalgalara benzer ki, gederek yox olarlar. Bunu yaxsi bilen yerli idare orqanlari milli azliqlara qaygi adi altinda dünyani idareciliyinin mehk dasi olan informasiya merkezleri yaradirlar. Bu milli manqurtlarin en gözel nümunesini men 35 ildir Almaniyada yasayan 60 yasli bir türkden esitdim. O mene dedi ki, bilirsen seninle menim ferqim hardadir? Eger bir gün Almaniya Türkiyeye qarsi müharibe elan etse, men elime silah alib Türkiyeye qarsi savasaram. Budur milli kökden qopmaq, mentalitetini qeyb etmek. Mentalitet, örf, adet enene ferdlerde olusur, toplumda yasayir. Kökünden qoparilmis bir aqacin ne qeder yasama gücü varsa, qürbet eldeki mühacirin de yerli tesirlere bir o qeder müqavimet gücü vardir. Agilsizlar terefinden idare olunmaq istemeyen agillilar bunu görür ve heyat onlar ücün her yerde cehenneme cevrilir. Bezileri daha da mübarizlesir, bezileri ise Kafkanin Qriqori Zamzasi kimi cevrilir…